Bu gün Azərbaycandan Ermənistana növbəti tədarük baş tutacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu ölkəyə 42 vaqon dizel yanacağı ixrac olunacaq.
Qatar saat 16:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.