Operativ Məlumat Mərkəzi

Azərbaycanlı hücumçu Almaniyada het-trik edib

1 dəq
Paylaş:
Azərbaycanlı hücumçu Almaniyada het-trik edib
paytaxt təmsilçisi çempionatın 9-cu turunda “Kamnitser”lə qarşılaşıb. “Dinamo” səfərdə baş tutan bu matçdan qələbə ilə ayrılıb – 4:0. Meydana start...

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 9-cu turunda “Kamnitser”lə qarşılaşıb.

“Dinamo” səfərdə baş tutan bu matçdan qələbə ilə ayrılıb – 4:0. Meydana start heyətində çıxan Dadaşov 80-ci dəqiqədə əvəzlənib. Komandasının 3 qolunu da Rüfət vurub. O, 6, 45+3 və 76-cı dəqiqələrdə fərqlənib.

“Dinamo” hazırda 18 xalla 3-cü pillədə qərarlaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər