Azərbaycanla Vyetnam arasında statistika sahəsində əməkdaşlıq sənədi təsdiqlənib

Azərbaycanla Vyetnam arasında statistika sahəsində əməkdaşlıq sənədi təsdiqlənib
17.02.2025 13:05
Aa
dəq

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası Hökumətinə bildiriş göndərəcək.

Həftənin ən çox oxunanları