Əsas məzmuna keç

Azərbaycanla Rusiya ikitərəfli gündəliyi və regional prosesləri müzakirə ediblər

Azərbaycanla Rusiya ikitərəfli gündəliyi və regional prosesləri müzakirə ediblər

görüş oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan nümayəndə heyətinin iştirakı çərçivəsində baş tutub. Məlumata görə,...

Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi və Rusiya nazirinin müavini Andrey Rudenko iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti məsələlərini, eləcə də aktual regional məsələləri müzakirə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan nümayəndə heyətinin iştirakı çərçivəsində baş tutub.

Məlumata görə, tərəflər “3+3”, Azərbaycan-Rusiya-İran formatında əməkdaşlıq məsələlərinə, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı, Azərbaycanın (ŞƏT) və BRICS ilə qarşılıqlı fəaliyyəti və digər məsələlərə xüsusi diqqət yetiriblər.

H.Haciyev Rusiya XİN başçısının müavininə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə danışıqlar prosesinin gedişatı barədə məlumat verib. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına aid müddəaların aradan qaldırılması məqsədilə qanunvericiliyində dəyişikliklərin edilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…