Əsas məzmuna keç

Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir

Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir

və hərbiçiləri "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah çərçivəsində əməliyyat əmrinin çatdırılması və vəzifələrin təhlili üzrə fəaliyyətlər icra ediblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən keçirilir.

Daha sonra vəzifə təhlili brifinqində təlimin ssenarisinə uyğun xəbərdarlıq əmrləri verilib və fəaliyyət tərzlərinin hazırlanması prosesi həyata keçirilib.

Azərbaycan və Özbəkistan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədi ilə keçirilən komanda-qərargah təlimi oktyabrın 6-dək davam edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…