Bu görüş çərçivəsində ölkələrimizarası ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdik.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.
“Eyni zamanda, bir sıra digər mühüm regional məsələlər ətrafında detallı fikir mübadiləsi apardıq. Azərbaycan-Fransa diplomatik münasibətləri uzun illər boyu dinamik formada inkişaf edən və çoxşaxəli sahələri əhatə edən uğurlu bir əməkdaşlıqdır. Biz bu müddət ərzində bir sıra starateji sahələrdə böyük birgə layihələr həyata keçirmişik. Bunlar içərisində enerji, neft-qaz layihələri, həmçinin ölkəmizi dünya bazarları ilə birləşdirən infrasturtur layihələri, hava daşımaları, kosmik sahələrdə əməkdaşlığımız olub. Ümumilikdə sosial, iqtisadi, humanitar, texnologiya, mədəniyyət və digər sahələrdə qarşılıqlı əməkdaşlığımız olmuşdur”, – Ceyhun Bayrmaov əlavə edib.