Azərbaycanın yeni müharibəyə başlamaq niyyəti yoxdur

Azərbaycanın yeni müharibəyə başlamaq niyyəti yoxdur
11.10.2023 21:33
Aa
dəq

“Azərbaycanın Ermənistana qarşı yeni müharibəyə başlamaq niyyəti yoxdur”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radiofrance”a müsahibəsində deyib.

E.Əmirbəyov qeyd edib ki, Azərbaycan sülhə nail olmaq üçün Ermənistanla danışıqları bərpa etmək istəyir:

"Təbii ki, Ermənistan bizə hücum etsə, sakit oturmayacağıq. Amma mən inanmıram ki, bu, Ermənistanın marağındadır. Bizə danışıqlar yoluna qayıtmaq və Avropa İttifaqının sülh prosesini irəli aparmaq istəyindən yararlanmaq lazımdır. Sərhədlərin delimitasiyası, kommunikasiya xətləri haqqında danışmaq lazımdır. Biz buna diqqət yetirməliyik. Azərbaycanla danışıqlara hazır olduğunu bildirən, eyni zamanda bütün cəbhələrdə diplomatik müharibə aparan Ermənistan isə ikili oyun oynayır. Əgər Ermənistan sülhün və sabitliyin bərqərar olması üçün səylərimizə qoşularsa, biz öz üzərimizə düşən işi görməyə tam hazırıq. Şarl Mişel Avropa Şurasının prezidenti kimi danışıqların bərpasına kömək etmək üçün yaxşı iş görüb. Azərbaycan yenidən Avropa İttifaqı ilə üçtərəfli formatda danışıqlara hazırdır".

Onun sözlərinə görə, Azərbaycan sülh müqaviləsində ölkələrin ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətlə bağlı öhdəliyi bir daha təsdiq edəcək:

"Biz, demək olar ki, otuz ildir davam edən bu düşmənçiliyə son qoyacağıq. Ermənistanın Azərbaycanın yeni müharibəyə hazırlaşacağı ilə bağlı iddiaları tamamilə əsassızdır. Biz Ermənistanın, eləcə də dünyanın bütün digər ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq, çünki bütün bu illər ərzində Azərbaycanın bu qədər əziyyət çəkməsi məhz bizim öz ərazi bütövlüyümüzün pozulduğuna görədir".

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu