Əsas məzmuna keç

"Azərbaycanın Ukraynaya məmulatların göndərməsinə dair xəbərlər feykdir"

"Azərbaycanın Ukraynaya məmulatların göndərməsinə dair xəbərlər feykdir"

Azərbaycanın Ukraynaya hərbi təyinatlı məmulatların göndərməsinə dari xəbərlər və dezinformasiyadır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyi (MSN) bildirib.

" kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur. Bununla bağlı kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirik ki, bu kimi məlumatlar təmamilə feyk və dezinformasiya xarakteri daşıyır. Erməni teleqram kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir", - nazirlik diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…