Azərbaycanın səfirliyinə hücum etməkdə təqsirli bilinən şəxslə bağlı hökm çıxarılacaq

Azərbaycanın səfirliyinə hücum etməkdə təqsirli bilinən şəxslə bağlı hökm çıxarılacaq
29.01.2024 22:25
Aa
dəq

Yaxın günlərdə Azərbaycanın İrandakı səfirliyinə hücum etməkdə təqsirli bilinən Yasin Hüseynzadə ilə bağlı hökm çıxarılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikası Məhkəmə Sistemi sədrinin beynəlxalq məsələlər üzrə müavini və İnsan Haqları Qərargahının katibi Kazim Qəribabadi bildirib.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu