Azərbaycanın dövlət büdcəsinə gələn il Neft Fondundan transfertin artmasının səbəbləri açıqlanıb

Azərbaycanın dövlət büdcəsinə gələn il Neft Fondundan transfertin artmasının səbəbləri açıqlanıb
03.11.2023 18:11
Aa
dəq

Gələn ilin dövlət büdcəsinin proqnozlarında neft sektorundan vergi daxilolmalarında iki dəfəyə qədər azalma gözlənildiyinə görə ümumi vergi daxilolmalarında [2023-cü ilin proqnozundan -7,5 %] geriləmə olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, dövlət büdcəsinin bu vacib məqamlardan biridir.

Bunu S.Şərifov deputatların iradlarına münasibət bildirərkən deyib.

"Biz maliyə imkanlarımıza real olaraq baxmalıyıq. Cari ildə dövlət büdcəsində dürüstləşdirmə apardıqdan sonra, edilən dəyişikliklər nəzərə alınmaqla 2024-cü ilin dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlarında azalma var.

Neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq həcmdə azalıb. Yəni iki dəfəyə qədər azalma baş verib. Bu, bizi kifayət qədər narahat etməlidir. Bunun müəyyən səbəbləri var. Biri odur ki, cari ilin əvvəlində dünya miqyasında qaz qiymətləri kəskin surətdə artmışdı. Yanvar-fevral aylarında hətta 3 min ABŞ dollarına qədər qaz qiymətləri artmışdı. Şübhəsiz ki, Azərbaycan da bundan bəhrələnmişdi. Artıq cari ilin iyul ayında biz bu gəlirləri dövlət büdcəsində əks etdirdik və həmin əlavə gəlirlərimizi Prezident işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasına və hərbi xərclərimizə yönəltdi. Gəlirlərin azalmasına təsir edən ikinci faktor neft hasilatının azalmasıdır. Biz bunları tam reallıqla dərk etməliyik. Bizim əsas neft yatağımız olan "Azəri-Çıraq-Günəşli"nin neçə illər ərzində istismarı nəticəsində onun ehtiyatları tədricən tükənir. Nəticədə hasilatımız azalır", - nazir bildirib.

S.Şərifov vurğulayıb ki, dünya enerji bazarlarında olduqca müsbət münbit qiymət konyukturası bu gün mövcuddur: "Hətta bu da nəzərə alınmaqla dövlət büdcəsində neftin qiyməti 60 ABŞ dollarına qaldırılıb".

O bildirib ki, neftin 10 ABŞ dolları bahalaşması dövlət büdcəsinin gəlirlərini təxminən 420 milyon manat artırıb:

"Bu, Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini daha da çoxaldıb. Bu gün bizdə [dövlət büdcəsində] neftin qiyməti 60 ABŞ dolları təşkil edir, beynəlxalq təşkilatların proqnozlarında təxminən 80 ABŞ dollarıdır. Söhbət təxminən 850 milyon manatdan [əlavə gəlirdən] gedir. Biz növbəti ilin vergi daxilolmalarını qiymətləndirsək, 2 milyard 27 milyon manat neft sektoru üzrə kəsirimiz əmələ gəlir. Lakin, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vergi daxilolmaları gələn il cari illə müqayisədə 240 milyon manat çox olacaq".

Nazirin sözlərinə görə, dövlət büdcəsinə ən əsası qeyri-neft sektoru üzrə daxilolmalar əhəmiyyətli dərəcədə artır: "Bu sektordan daxilolmalar 1 milyard manatdan yuxarıdır. Bunları da nəzərə almaqla bizim fərqimiz təxminən 850 milyon manat təşkil edir. Amma bizim qarşımızda proqramlar var və böyük vəzifələr qoyulub. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiə qabiliyyətimizin gücləndirilməsi kimi çağırışlar var. Bu işlərin görülməsi üçün bizim xərclərimiz təxminən cari ilin səviyyəsində saxlanılıb. Yəni cüzi, 170 milyon manat artımdan söhbət gedir. Bunu təmin etmək üçün biz Dövlət Neft Fondundan dövlət büdcəsinə transferti gələn il cari illə müqayisədə 1 milyard manat artırmaq məcburiyyətindəyik. Münbit müsbət qiymət konyukturası bizə imkan verir ki, büdcə qaydalarını pozmayaq Dövlət Neft Fondunun vəsaitlərinin qalığını da saxlayaq".

Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri strukturunda ARDNF-dən transfertlər 12 milyard 781 milyon manat (2023-cü ilin proqnozundan +8,9 %) səviyyəsində proqnozlaşdırılır.

Gələn il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat (2023-cü ilin proqnozundan +1,2 %), xərcləri – 36 milyard 763 milyon manat (+0,5 %) səviyyəsində proqnozlaşdırılır.

Həftənin ən çox oxunanları

Bəhruz Bəhramov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib

Bəhruz Bəhramov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib
DAVAMIN OXU davamın oxu

Bu ilin birinci rübündə əmtəə ixracı 6,2 milyard dollar təşkil edib

Bu ilin birinci rübündə əmtəə ixracı 6,2 milyard dollar təşkil edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda orta aylıq əməkhaqqı 1 000 manatı keçib

Azərbaycanda orta aylıq əməkhaqqı 1 000 manatı keçib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda standartlaşdırma üzrə texniki komitələrin yaradılması qaydaları təsdiq edilib

Azərbaycanda standartlaşdırma üzrə texniki komitələrin yaradılması qaydaları təsdiq edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan borclanma limitini artırır

Azərbaycan borclanma limitini artırır
DAVAMIN OXU davamın oxu