Azərbaycanın dörd güləşçisi hərbçilər arasında dünya çempionu olub

Azərbaycanın dörd güləşçisi hərbçilər arasında dünya çempionu olub
29.11.2023 20:45
Aa
dəq

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu finalda iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycanın digər təmsilçisi – 65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə finalda monqolustanlı rəqibindən üstün olub və dünya çempionu adını qazanıb.

Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnurə Məmmədova (50 kq) gümüş, Nərgiz Səmədova (55 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, təmsilçilərimiz günü 4 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.

Həftənin ən çox oxunanları

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək
DAVAMIN OXU davamın oxu

Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar

Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar
DAVAMIN OXU davamın oxu

İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər

İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər
DAVAMIN OXU davamın oxu

2030 Qış Olimpiya Oyunları Fransada keçiriləcək

2030 Qış Olimpiya Oyunları Fransada keçiriləcək
DAVAMIN OXU davamın oxu

"Şamaxı" Küveyt klubu ilə yoxlama matçı keçirəcək

DAVAMIN OXU davamın oxu