Azərbaycanın daha bir boksçusu erməni rəqibini məğlub edib

Azərbaycanın daha bir boksçusu erməni rəqibini məğlub edib
11.03.2024 09:28
Aa
dəq

Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 final çərçivəsində ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.

Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib.

Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.

Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala gedən yolda qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.

Qeyd edək ki, 1/4 final görüşləri bu gün keçiriləcək.

Həftənin ən çox oxunanları

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək
DAVAMIN OXU davamın oxu

Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar

Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar
DAVAMIN OXU davamın oxu

İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər

İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər
DAVAMIN OXU davamın oxu

2030 Qış Olimpiya Oyunları Fransada keçiriləcək

2030 Qış Olimpiya Oyunları Fransada keçiriləcək
DAVAMIN OXU davamın oxu

"Şamaxı" Küveyt klubu ilə yoxlama matçı keçirəcək

DAVAMIN OXU davamın oxu