Azərbaycan respublikasında gələn ay baş tutacaq prezident seçkiləri ölkəmizin tarixində öz xüsusi əhəmiyyəti ilə seçilir.
Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində millət vəkili Tural Gəncəliyev bildirib.
Biz bunu dəfələrlə qeyd etmişik Azərbaycanın ilk seçkiləridir ki, bütün torpaqlarımız üzərində suverenliyimiz bərpa edildikdən sonra Qarabağ da daxil olmaqla, hər bir şəhələrimizdə, qəsəbələrimizdə bu seçki keçirilir.
"Mən Xankəndi şəhərini təmsil edən millət vəkili olaraq çox xoşbəxtəm ki, artıq seçkilər Xankəndi şəhərində təşkil edilmiş seçki dairəsi üzrə keçiriləcək. Orada hazırda yaşayan, fəaliyyət göstərən insanlar məhz yerindəcə səs vermək hüququnu əldə edəcəklər. Çox önəmli və şərəfli tarixi prosesləri yaşayırıq. Bu seçkilər dünyaya yeni bir reallıq sərgiləmiş Azərbaycanın seçkiləridir. Artıq Azərbaycan əvvəlki Azərbaycan deyil, dünya səviyyəsində öz sözünü deyən regional və qlobal məsələlərlə öz mövqeyini, milli maraqlarını qoruyan güclü bir Azərbaycandır".
"Əminəm ki, bütün Azərbaycan xalqı öz konstitusiya hüququndan istifadə edərək ölkəmizi yeni Azərbaycan dediyimiz parlaq gələcəyə aparan seçkilərdə iştirak edərək, səs verəcəkdir! ",- deyə millət vəkili bildirib.