Azərbaycandakı növbədənkənar prezident seçkiləri Peru mətbuatında

Azərbaycandakı növbədənkənar prezident seçkiləri Peru mətbuatında
09.02.2024 01:50
Aa
dəq

Peru Jurnalistlər Federasiyasının internet səhifəsində, həmçinin Perunun nüfuzlu mətbu orqanlarından olan “La Razon” xəbər portalında bu günlərdə Azərbaycanda səfərdə olan məşhur perulu jurnalist Rikardo Sançesin müəllifliyi ilə ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri barədə geniş məqalələr dərc olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Məqalələrdə seçkilərin Qarabağ regionu daxil olmaqla bütün ölkə ərazisində keçirilməsi ilə əlamətdar olduğu, 5 milyona yaxın insanın 6537 seçki məntəqəsində səs verdiyi, eləcə də bu məqsədlə Azərbaycanın xaricdəki 37 diplomatik nümayəndəliyində seçki məntəqələrinin yaradıldığı qeyd olunur.

Müharibədən sonra Qarabağa qayıdan minlərlə məcburi köçkünün ilk dəfə səsvermədə iştirak etdiyini vurğulayan müəllif, seçkilərin 300-ə yaxın xarici KİV nümayəndəsi tərəfindən işıqlandırıldığını bildirir.

Qeyd olunur ki, Qarabağdakı 30 illik erməni işğalına son qoyan şanlı qələbənin memarı olaraq Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin seçicilərin 92%-dən çox səsini toplayaraq növbəti yeddi illik müddətə bu vəzifəyə seçilməsi xalqın rəhbərinə olan etimadından xəbər verir.

Nəticələrin açıqlanması ilə birlikdə Azərbaycan Prezidentinin digər ölkələrin dövlət və hökumət başçılarının təbriklərini qəbul etməyə başladığı, ölkə ərazisində isə bayram əhval-ruhiyyəsinin hökm sürdüyü və prezidentə dəstək yürüşlərinin keçirildiyi bildirilir.

Həmçinin, seçkilərin xalqın sabitliyi, iqtisadi inkişafı, demokratik institutların möhkəmlənməsini qarşısına hədəf qoyan ölkə rəhbərliyinə olan yüksək etimadını təsdiqlədiyi və Azərbaycanın öz tarixində yeni səhifə açaraq firavanlığa doğru daha bir addım atdığı diqqətə çatdırılır.

Həftənin ən çox oxunanları

İlham Əliyev Ərdoğanı təbrik edib

İlham Əliyev Ərdoğanı təbrik edib
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib

Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Estoniyanı təbrik edib

Azərbaycan XİN Estoniyanı təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə Prezidenti: Heç bir beynəlxalq təşkilat Qarabağın işğalına, Xocalı soyqırımına qarşı səsini çıxarmadı

Türkiyə Prezidenti: Heç bir beynəlxalq təşkilat Qarabağın işğalına, Xocalı soyqırımına qarşı səsini çıxarmadı
DAVAMIN OXU davamın oxu

BMT eksperti müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib

BMT eksperti müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib
DAVAMIN OXU davamın oxu