Mövsümi xarakterli atmosfer çöküntülərinin intensivliyinin artması cənub bölgəsində lokal sürüşmə zonalarının aktivləşməsinə səbəb olub.
Bunu "Operativ Məlumat Mərkəzi - OMM"-in sorğusuna cavab olaraq Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
Onun sözlərinə görə, əsasən Lənkəran və Lerikdə lokal sürüşmə zonalarının aktivləşdiyi müşahidə olunub.