Azərbaycanda qənaətcil suvarma texnologiyasından istifadəyə başlanılıb

Azərbaycanda qənaətcil suvarma texnologiyasından istifadəyə başlanılıb
16.09.2023 14:05
Aa
dəq

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ceyrançöl ərazisindəki aqroparkda Cənubi Qafqazda ilk dəfə mobil (hibrid) suvarma sistemlərindən istifadəyə başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Agentlikdən bildirilib.

Məlumata görə, bu texnologiyanın tətbiqi su itkisinin qarşısının alınmasında və suya qənaət edilməsində mühüm rol oynayacaq.

Texnologiyanın təqdimatında mobil suvarma sistemlərinin, eləcə də paralel istifadə olunan "Strip till” əkin texnologiyasının üstünlükləri barədə məlumat verilib, bu texnologiyalarla becərilən qarğıdalı sahəsinə, həmçinin "Mzuri” əkin texnikası ilə aparılan arpa səpininə baxış keçirilib.

Diqqətə çatdırılıb ki, “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.

Ceyrançöldəki aqroparkın əkinə yararlı 4 000 hektar sahəsinin 1 428,6 hektarında pivot, 17,2 hektarında sprinkler, 40 hektarında damlama olmaqla ümumilikdə 1 485,8 hektarında əkin aparılıb. Bu il aqroparkda 421,6 hektar şəkər çuğunduru, 268 hektar qarğıdalı, 55,7 hektar soya, 341,6 hektar arpa, 24,6 hektar toxumluq xardal və 320 hektar ərzaqlıq buğda əkilib. Buğda üzrə orta məhsuldarlıq 5,4 ton olmaqla ümumilikdə 1 732 ton, arpa üzrə orta məhsuldarlıq ton olmaqla, ümumilikdə 1 692 ton məhsul istehsal olunub. Soya üzrə məhsuldarlıq 2,1 ton olub.

Arpa biçinindən sonra 189 ha ərazidə təkrar qarğıdalı əkinləri aparılıb. Aqroparkda 71 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.

Həftənin ən çox oxunanları