Azərbaycanda prezident seçkiləri ilə bağlı bülletenlərin çapına başlanılıb - YENİLƏNİB

Azərbaycanda prezident seçkiləri ilə bağlı bülletenlərin çapına başlanılıb - YENİLƏNİB
24.01.2024 12:36
Aa
dəq

fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar Milli Məclisin mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yanvarın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbəəyə gələrək, çap prosesinin gedişi və yaradılmış şəraitlə bilavasitə tanış olub.

Komissiya üzvləri və media mənsublarının iştirakı ilə keçirilən tədbirdə MSK sədri seçicilərin səsvermə hüquqlarının azad və sərbəst şəkildə reallaşdırılmasında mühüm əhəmiyyət daşıyan seçki bülletenlərinin hazırlanması və çapında Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyini diqqətə çatdırıb.

O, seçki bülletenlərinin qanunvericiliklə müəyyənləşdirilmiş vaxtda və qaydada çap edilməsi və aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı öz tövsiyələrini də verib. Həmçinin vurğulayıb ki, seçki bülletenlərinin çap prosesi təhlükəsizliyin təmin edilməsi şərti ilə, seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və media nümayəndələri üçün tamamilə açıq həyata keçirilir.

Seçki bülletenlərinin çap prosesi ilə tanışlıqdan sonra MSK sədrinin jurnalistlər üçün brifinqi keçirilib. Sədr Məzahir Pənahov mediaya açıqlamasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblərin Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunduğunu, Prezident seçkiləri ilə əlaqədar 6524203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) seçki bülleteni çap edilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.

***

Azərbaycanda prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bülletenlər Milli Məclisin mətbəəsində çap edilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri bu gün mətbəədə yaradılan şərait və proseslə tanış olublar.

MSK sədri seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün tövsiyələr verib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Həftənin ən çox oxunanları

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib
DAVAMIN OXU davamın oxu

Akif Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diploma” ilə təltif edilib

Akif Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diploma” ilə təltif edilib
DAVAMIN OXU davamın oxu

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

FHN silsilə maarifləndirmə tədbirləri keçirib
DAVAMIN OXU davamın oxu

Dövlət Komissiyası: Azad olunan ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb

Dövlət Komissiyası: Azad olunan ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub
DAVAMIN OXU davamın oxu