Operativ Məlumat Mərkəzi

Azərbaycanda ötən ay iqtisadiyyatın bir sıra sahələrində yüksək artım olub

1 dəq
Paylaş:
Azərbaycanda ötən ay iqtisadiyyatın bir sıra sahələrində yüksək artım olub
bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir. Məlumata görə, bu ilin yanavar ayında ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə...

2024-cü il Azərbaycan iqtisadiyyatında yüksək göstəricilərlə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, bu ilin yanavar ayında ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 5 %, o cümlədən qeyri-neft-qaz ÜDM-i 12,3 % çox olub.

Əlavə dəyərdə artım tikinti sektorunda 66,9 %, nəqliyyat və anbar təsərrüfatında 26,8 %, qeyri-neft-qaz emal sənayesində 16,8 %, turizm və ictimai iaşədə 12,1 %, informasiya və rabitədə 11,8 % təşkil edib. Ölkə iqtisadiyyatında yüksək investisiya fəallığı qeydə alınıb.

Son 1 ildə əsas kapitala investisiya qoyuluşu 37,4 %, o cümlədən qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 34,1 % artıb ki, bu da iqtisadi artıma töhfə verən mühüm amildir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər