Operativ Məlumat Mərkəzi

Azərbaycanda ötən ay geyimə bu qədər vəsait xərclənib

1 dəq
Paylaş:
Azərbaycanda ötən ay geyimə bu qədər vəsait xərclənib
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 7 milyard 541.8 milyon...

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 7 milyard 541.8 milyon manat vəsait xərclənib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.3% və ya 888 milyon manat çoxdur.

Qeyd edək ki, cari ilin noyabr ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 1 milyard 93 milyon manata bərabər olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər