Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb

Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb
07.08.2024 14:06
Aa
dəq

Prezident İlham Əliyev Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında Sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sərəncamla məhkəmə ekspertizası sahəsində (bundan sonra – müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurası (bundan sonra – Şura) yaradılır:

Şuranın sədri

Azərbaycan Respublikasının ədliyyə naziri

Şuranın üzvləri:

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini.

Şura aşağıdakı məsələlərlə bağlı təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

- müvafiq sahənin inkişaf konsepsiyasının layihəsinə dair təkliflərini;

- müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin elektronlaşdırılmasının, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi və bu kimi digər məqsədlərə nail olunması üçün vahid informasiya sisteminin yaradılmasına dair təkliflərini;

- müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyət dairəsinin genişləndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;

- ayrı-ayrı ekspertiza növləri üzrə vahid standartların müəyyən olunmasına dair təkliflərini;

- müvafiq sahədə xüsusi təhsil proqramlarının (ixtisasların) açılması, habelə ali təhsil müəssisələrinin fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqələndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;

- özəl ekspertiza fəaliyyətinin təşviqi istiqamətində təkliflərini;

- normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərini;

Şura fəaliyyətinə dair iş qaydasını bir ay müddətində təsdiq etməli, müstəqil ekspertləri və mütəxəssisləri, habelə elmi müəssisələri (təşkilatları) öz fəaliyyətinə cəlb etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuranın təklifləri əsasında müvafiq sahənin inkişafı və müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin müasir standartlara uyğun həyata keçirilməsinin təmini üçün zəruri maliyyə vəsaitinin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görəcək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Həftənin ən çox oxunanları

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
DAVAMIN OXU davamın oxu

Məişət tullantılarını kənara atanların 7 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib

Məişət tullantılarını kənara atanların 7 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar birinci oxunuşda təsdiqlənib

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar birinci oxunuşda təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin səlahiyyət müddəti ilə bağlı dəyişiklik birinci oxunuşda təsdiqlənib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin səlahiyyət müddəti ilə bağlı dəyişiklik birinci oxunuşda təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib

Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
DAVAMIN OXU davamın oxu