Əsas məzmuna keç

Azərbaycanda Macarıstanın “İkarus” avtobusları istehsal ediləcək

Azərbaycanda Macarıstanın “İkarus” avtobusları istehsal ediləcək

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "Sumqayıt Texnologiyalar Parkı" (STP)...

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Kimya Sənaye Parkının rezidenti - "Sumqayıt Texnologiyalar Parkı" (STP) MMC ilə Macarıstanın “İkarus” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, sənədi STP-nin Baş direktoru Ruslan Ağabəyli və “İkarus”un Baş direktoru Zoltan Tanko imzalayıb.

Memorandum “İkarus” avtobuslarının Azərbaycanda istehsalına başlanılması, ilkin olaraq ildə 100 ədəd avtobus olunması, tədricən bu rəqəmin 500 çatdırılması, yaxın gələcəkdə regionunda istehsalın lokallaşdırılması, servis mərkəzinin yaradılması və digər məsələləri əhatə edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…