Azərbaycanda korrupsiya cinayəti törədən 56 şəxs yaxalanıb, 224 iş baxılması üçün məhkəmələrə göndərilib

Azərbaycanda korrupsiya cinayəti törədən 56 şəxs yaxalanıb, 224 iş baxılması üçün məhkəmələrə göndərilib
19.01.2024 15:07
Aa
dəq

Azərbaycanda korrupsiya cinayəti törədən 56 şəxs yaxalanıb, 224 iş baxılması üçün məhkəmələrə göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yanvarın 19-da Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2023-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, əməliyyat qurumları tərəfindən 158 cinayət işi başlanılıb, keçirilmiş 49 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 30 nəfər saxlanılıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 336 şəxs barəsində 224 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlərdən 80 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.

İstintaqı tamamlanmış cinayət işlərindən 211 şəxs barəsində 114 iş ağır cinayətlər məhkəmələrinə, 12 şəxs barəsində 8 iş hərbi, eyni zamanda 113 şəxs barəsində 102 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.

 

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu