Azərbaycanda kommunal xərclər bahalaşır? - AÇIQLAMA

Azərbaycanda kommunal xərclər bahalaşır? - AÇIQLAMA
27.08.2024 23:05
Aa
dəq

Ölkədə benzinin və dizelin bahalaşması çərçivəsində bir çox sahələrdə qiymət artımı müşahidə olunur. Dizel, benzin, metro, avtobus, indi də kommunlar xərclər…Qiymətlər artsa da, mövcud problemlər aradan qalxmır. 

Sosial şəbəkələrdə kommunal xərclərin bahalaşacağı ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bəs Azərbaycanda kommunal xərclər bahalaşa bilərmi? Ümumiyyətlə Tarif Şurası tərəfindən belə bir qərarın yenidən gündəmə gəlməsi nə dərəcədə doğru olacaq?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan tanınmış iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov bildirib ki, kommunal xərclərin artırılması ilə bağlı mövcud olan gözləntilər reallaşa bilər və bununla bağlı ehtimallar da var:

“Görürük ki, yığımlar baxımından bir qədər sərtləşmələr müşahidə edilir. Bunu biz həm parkinq xidmətlərdə, həm də benzinin qiymətlərində görürük. Ancaq düşünürəm ki, kommunal xərclər, ümumiyyətlə, təbii inhisar subyektlərinin təklif etdiyi tariflər sabit saxlanılmalıdır. Çünki əks halda bu iqtisasiyyatda zəncirvari proseslərə səbəb ola bilər və olacaq da. Hətta inflyasiya ilə bağlı müvafiq parametrləri qorumaq mümkün olmayacaq. Eyni zamanda biz bütövlükdə iqtisadi proseslərin mənfi ssenari üzrə getməsini müşahidə edə bilərik”.

Ekspert hesab edir ki, hökumət tarifləri sabit saxlamalıdır, hətta yaxın müddətli perespektiv üçün tariflərin sabit saxlanılması ilə bağlı müvafiq qərarlar da qəbul edilə bilər. Çünki son nəticədə təbii inhisar subyektlərinə, kommunal xərclərə olan tariflərin artımı iqtisadiyyatda zəncirvari mənfi proseslərə səbəb olur.
Digər iqtisadçı ekpert Xalid Kərimli saytımıza açıqlaması zamanı bildirib ki, qazın dünya bazarında qiyməti düşüb, neftin qiyməti isə stabilləşib, benzinin qiyməti isə artıb: 

“Neftin qiyməti 2021-2022-ci illərə görə daha aşağıdır, amma qiymətdə artım müşahidə olunub. Düşünmürəm ki, hazırkı dönəmdə bunların dəyişdirilməsinə xüsusi ehtiyac var. İndiki dönəmdə enerji daşıyıcılarının qiymətlərinin artımı (dizel yanacağının) nəticələri hələ hesablanır, qiymətləndirilir, inflyasiya prosesləri nəzarət altına alınır”, - deyə, ekspert sonda bildirdi.
Digər həmsöhbətimiz iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, keçmiş təcrübələri, xüsusilə son qərarı təhlil etdikdə Azərbaycanda kommunal xidmətlərin qiymətləri artırıla bilər. Çünki heç də hər zaman bu xidmətlər üzrə qiymət artımları sosial, iqtisadi amillərlə rasional olaraq izah edilə bilmir:

“Dünya bazarlarında neftin qiyməti aşağıya doğru meyilləndiyi halda Azərbaycanda benzinin qiymətinin artırılması ilə bağlı qərar qəbul edildi. Əlbəttə ki, sabah, yaxud da bir neçə aydan sonra Tarif Şurası kommunal xidmətlərin artımı ilə bağlı qərar qəbul edərsə və bu qərarı qonşu ölkələrdə mövcud olan tariflərlə müqayisə etməyə çalışarsa, bu, təəccüb doğurmaz. Ancaq indiki şərtlər daxilində Azərbaycanda əhalinin alıcılıq gücünün mövcud vəziyyəti, sosial təsirlər, inflyasiyanın həssaslığı, 2024-cü ildə heç bir sosial paketin açıqlanmaması kimi məqamlar nəzərə alınmaqla kommunal xidmətlərin qiymətinin artırılması ilə bağlı hər hansısa bir siyasət ortaya qoyulmamalıdır”- deyə, o, sonda bildirdi.

Xatırladaq ki, 2021-ci il Tarif Şurasının qərarına əsasən, əhalinin illik qaz istehlakının 1200 kub metrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.

Əhali üçün 1200-2500 kub metrədək və 2500 kub metrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişilməyib və əvvəlki həddə saxlanılıb.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Azərbaycanda "Formula 1"-in keçirilməsi sabitliyin bariz nümunəsidir - AÇIQLAMA

Azərbaycanda
DAVAMIN OXU davamın oxu