Əsas məzmuna keç

Azərbaycanda insan alverinə qarşı yeni Milli Fəaliyyət Planı təsdiqləndi

Azərbaycanda insan alverinə qarşı yeni Milli Fəaliyyət Planı təsdiqləndi

Nazirlər Kabinetinin yeni qərarı ilə insan alveri ilə mübarizə gücləndirilir. Cinayətkarlıqla bağlı strategiya nələri dəyişəcək? Təfərrüatlar xəbərimizdə.

en ru

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamın imzalanmasında məqsəd insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycanın bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsidir.

Sərəncamdan irəli gələn məsələləri həll etməli, Daxili İşlər Nazirliyi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentinə məlumat verməlidir.

Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Daxili İşlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…