Azərbaycanda faktiki və gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda faktiki və gözlənilən hava şəraiti açıqlanıb
27.08.2023 17:00
Aa
dəq

Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-nə olan məlumatına əsasən, ölkə ərazisində yağmursuz hava şərati hökm sürür.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Qeyd edilib ki, Qəbələ, Qax, Şəki, Tərtər, Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı və İsmayıllı rayonlarında yağan leysan xarakterli yağış səhər saatlarından kəsilib.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova saat 16:00-a olan məlumat əsasında bildirib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur:

"Hazırda İsmayıllı rayonunda 25, Göyçay rayonunda 30, Qəbələdə 25, Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan MR-də 29 dərəcəyədək, Aran rayonlarında 31 dərəcəyədək, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunur.

Bu gün və sabah əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək".

Həftənin ən çox oxunanları

Sentyabrda temperatur normadan yüksək olub

Sentyabrda temperatur normadan yüksək olub
DAVAMIN OXU davamın oxu

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
DAVAMIN OXU davamın oxu

Sentyabrın 24-ü gündüzdən 27-dək... - ƏHALİYƏ XƏBƏRDARLIQ!

Sentyabrın 24-ü gündüzdən 27-dək... - ƏHALİYƏ XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA

Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu