Əsas məzmuna keç

Azərbaycanda ən çox yanğın təhlükəsi olan ərazilər açıqlanıb

Azərbaycanda ən çox yanğın təhlükəsi olan ərazilər açıqlanıb

Bu ilin isti dövründə ən çox yanğın təhlükəsi olan ərazilər əsasən MR-da və Qazax-Gəncə bölgəsində qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti meşə zolaqlarının yanğın təhlükəsindən qorunması, yanğın təhlükəsi olan ərazilərdə əhalinin daha diqqətli davranması məqsədilə may-sentyabr aylarında meteoroloji müşahidə məlumatlarına əsasən riyazi üsullarla yanğın indeksini hesablayıb.

Belə ki, Balakən-Şəki, Quba-Xaçmaz, Dağlıq , Lənkəran-Astara bölgələrinin bəzi rayonlarında yanğın indeksi çox yüksək həddə çatıb.

Lakin bəzi günlərdə hava şəraitinin qeyri-sabit, yağmurlu keçməsi ilə əlaqədar yanğın indeksi sıfırlanıb. Bu da yanğın təhlükəsi riskini azaldıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…