Əsas məzmuna keç

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, ölkədə enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 milyon kilovat-saat, yəni 0,3 faiz artaraq 16 milyard 323,4 milyon kilovat-saat olub.

Energetika Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yeddi ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 14 995,7 milyon kilovat-saat, SES-lərdə 1 107,4 milyon kilovat-saat, digər mənbələr üzrə isə 220,3 milyon kilovat-saat təşkil edib. Bu dövrdə elektrik stansiyalarında 37,6 milyon kilovat-saat, elektrik stansiyalarında 39,6 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 652,8 milyon kilovat-saat (İES-lərdə 13 622,3 milyon kilovat-saat, SES-lərdə 1 030,5 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 272,1 milyon kilovat-saat (İES-lərdə 168,2 milyon kilovat-saat, SES-lərdə 67,7 milyon kilovat-saat, Günəş ES-də 36,2 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,9 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 369,6 milyon kilovat-saat təşkil edib.

2023-cü ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1 277,3 milyon kilovat-saat, idxalı isə 157,6 milyon kilovat-saat olub.

Qeyd edək ki, cari ilin iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 415,5 milyon kilovat-saat olub. İyul ayında elektrik enerjisinin idxalı 19,7 milyon kilovat-saat, ixrac isə 12,4 milyon kilovat-saat təşkil edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…