Azərbaycanda dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi dövlət tərəfindən müəyyənləşdiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir.
Təklif olunan dəyişikliklə dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənəcək.