Azərbaycanda daha 4 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb - SİYAHI

Azərbaycanda daha 4 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb - SİYAHI
09.01.2024 16:43
Aa
dəq

Mərkəzi Seçki Komissiyası (MSK) daha dörd nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Məsələ barədə qurumun katibi Arifə Muxtarova məlumat verib.

Belə ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə çatıb.

Qeyd edək ki, bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

MSK tərəfindən indiyədək İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Həftənin ən çox oxunanları

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub
DAVAMIN OXU davamın oxu

FHN-in Tibb xidməti seminarlar keçirib

FHN-in Tibb xidməti seminarlar keçirib
DAVAMIN OXU davamın oxu

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatıb

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatıb
DAVAMIN OXU davamın oxu

Ombudsman Səbinə Əliyeva Xocalıda tapılan kütləvi məzarlıqla bağlı çağırış edib

Ombudsman Səbinə Əliyeva Xocalıda tapılan kütləvi məzarlıqla bağlı çağırış edib
DAVAMIN OXU davamın oxu

Narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Komissiyasının iş planı təsdiqlənib

Narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Komissiyasının iş planı təsdiqlənib
DAVAMIN OXU davamın oxu