Azərbaycanda çoxuşaqlı ailələrin sayı açıqlanıb

Azərbaycanda çoxuşaqlı ailələrin sayı açıqlanıb
20.08.2024 12:50
Aa
dəq

Azərbaycanda yeddi və daha çox uşaq sahibi olan 6837 ailə var.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, ev təsərrüfatları haqqında məlumatlar hər on ildən bir keçirilən əhalinin siyahıyaalınması zamanı əldə edilir. 2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekun məlumatlarına görə, 18 yaşadək uşağı olan ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsü məlum olub.

Belə ki, ölkədə 1 milyon 347 min 534 çoxuşaqlı ailə var. Onların 725 min 615-i şəhər yerlərində, 621 min 919-u isə kənd yerlərində yaşayır.

Biruşaqlı ailələrin sayı 422 989-dur, onlardan 241 min 234-ü şəhər yerlərində, 181 min 755-i kənd yerlərində yaşayır.

İkiuşaqlı ailələrin sayı 557 min 814-dür, onlardan şəhərdə yaşayanların sayı 295 min 884, kənddə yaşayanların sayı isə 261 min 930-dür.

Üçuşaqlı ailələrə gəlincə, bu kateqoiyaya daxil olan ailələrin 132 min 957-si şəhər yerlərində, 123 min 304-ü kənd yerlərində yaşayır.

Son rəqəmlərə görə, Azərbaycanda 71 min 151 dörduşaqlı ailə var. Onların 37 min 58-i şəhər yerlərində, 34 min 93-ü kənd yerlərində yaşayır. Həmçinin şəhər yerində yaşayan 11 min 313, kənddə yaşayan 11 837, yəni ümumilikdə 23 min 150 ailə beşuşaqlıdır.

Altı uşağı olan ailələrə gəlincə, 9332 ailə bu kateqoriyadadır. Onların 4338-i şəhər yerlərində, 4994-ü isə kənd yerlərində yaşayır.

Sorğuya cavab olaraq, həmçinin 7 və daha çox uşağı olan ailələrin sayı da bildirilib. Belə ki, ölkədə 6837 ailə yeddi və daha çox uşaqlı ailələr arasında yer alır. Onların 2831-i şəhər yerlərində, 4006-sı isə kənd yerlərində yaşayır.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu