Azərbaycanda bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Azərbaycanda bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib
29.06.2024 15:46
Aa
dəq

Azərbaycanda bir sıra vəzifəli şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyunun 29-da “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi imzalaması ilə mümkün olub.

Dəyişiklik əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputatlar, Mərkəzi Seçki Komissiyasının (MSK) və Naxçıvan Muxtar Respublikası MSK-nın üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan MSK və Naxçıvan MSK-nın üzvləri, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) və Naxçıvan Ombudsmanı kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Ombudsman və Naxçıvan Ombudsmanı və Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Hesablama Palatasının üzvlərinə şamil olunacaq.

Həmin şəxslər üçün 2024-cü il iyulun 1-dən pensiyaya əlavələrin təyinatında pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla səlahiyyət müddəti ərzində müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarı prinsipi əsas götürüləcək. Eyni zamanda bu şəxslərə “Əmək pensiyaları haqqında” qanunun 2024-cü il iyulun 1-dək qüvvədə olan normaları tətbiq ediləcək.

Həftənin ən çox oxunanları

Azərbaycan Polisi 106 yaşında - VİDEO

Azərbaycan Polisi 106 yaşında - VİDEO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin seçki prosesində iştirakı asanlaşdırılıb

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin seçki prosesində iştirakı asanlaşdırılıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyalar bir sıra müzakirələr aparıb, layihələrin mübadiləsi həyata keçirilib

Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyalar bir sıra müzakirələr aparıb, layihələrin mübadiləsi həyata keçirilib
DAVAMIN OXU davamın oxu

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatıb, sonuncu qrup Vətənə qayıdır

Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatıb, sonuncu qrup Vətənə qayıdır
DAVAMIN OXU davamın oxu