Operativ Məlumat Mərkəzi

Azərbaycanda 2019-cu ildən indiyədək 622 uşaq övladlığa verilib

1 dəq
Paylaş:
Azərbaycanda 2019-cu ildən indiyədək 622 uşaq övladlığa verilib
Azərbaycanda 1 noyabr 2019-cu ildən bu günədək 622 uşaq övladlığa verilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Əmək və Əhalinin Sosial Müdafiəsi...

Azərbaycanda 1 noyabr 2019-cu ildən bu günədək 622 uşaq övladlığa verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib

Qeyd edilib ki, onlardan 310-u oğlan, 312-si qızdır.

Nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, övladlığagötürmə sahəsində də idarəetmə və xidmətlər elektron infrastruktur üzərindən həyata keçirilir.

"Övladlığa verilən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilir. Bu məqsədlə həmin uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə olmaqla monitorinqlər həyata keçirilir. Ötən dövrdə 6 minə yaxın belə monitorinq həyata keçirilib", - məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər