Əsas məzmuna keç

Azərbaycanda 17 yaşlı qızın toyunun keçirilməsinin qarşısı alındı

Azərbaycanda 17 yaşlı qızın toyunun keçirilməsinin qarşısı alındı

İmişli Rayon Şöbəsinin müdaxiləsindən sonra rayonda 17 yaşlı qızın təxirə salınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-Ə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və bəhs edilən halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…