Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər həbs olunacaq

Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər həbs olunacaq
11.06.2024 14:02
Aa
dəq

Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər iki ilədək həbs olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni 176-2-ci maddə (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) əlavə edilir.

Yeni maddəyə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə 2 000manatdan 3 000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Həftənin ən çox oxunanları

Məzahir Pənahov: MSK üzərinə düşən işi lazımi səviyyədə görür

Məzahir Pənahov: MSK üzərinə düşən işi lazımi səviyyədə görür
DAVAMIN OXU davamın oxu

Naxçıvanda onlar deputat seçilir - SİYAHI

Naxçıvanda onlar deputat seçilir - SİYAHI
DAVAMIN OXU davamın oxu

MSK seçkilərin ilkin nəticələrini açıqladı - ADLAR - YENİLƏNİB

MSK seçkilərin ilkin nəticələrini açıqladı - ADLAR - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Ən yüksək və ən aşağı səs faizini kimlər topladı?

Ən yüksək və ən aşağı səs faizini kimlər topladı?
DAVAMIN OXU davamın oxu

"Pozuntu kimi bizə təqdim edilən faktlar..."

DAVAMIN OXU davamın oxu