Operativ Məlumat Mərkəzi

Azərbaycana 54 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

1 dəq
Paylaş:
Azərbaycana 54 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
İyulun 14-də, saat 08:20-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlığındakı sərhəd...

İyulun 14-də, saat 08:20-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 53 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər