Operativ Məlumat Mərkəzi

Azərbaycan XİN Türkiyədəki terror hücumunu kəskin pisləyib

1 dəq
Paylaş:
Azərbaycan XİN Türkiyədəki terror hücumunu kəskin pisləyib
bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında yer alıb. "Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu...

"Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında yer alıb.

"Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik", - Azərbaycan XİN-in paylaşımında qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər