Əsas məzmuna keç

Azərbaycan XİN: "İlk mərhələdə Türkiyədə təhsil alan tələbələr və təcili köməyə ehtiyacı olan şəxslər təxliyə ediləcək"

Azərbaycan XİN: "İlk mərhələdə Türkiyədə təhsil alan tələbələr və təcili köməyə ehtiyacı olan şəxslər təxliyə ediləcək"

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İlk mərhələdə, Türkiyədə təhsil alan tələbələrin və təcili köməyə ehtiyacı olan şəxslərin təxliyəsi həyata keçiriləcək.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu, XİN-in Türkiyədə zəlzələ nəticəsində Azərbaycan tərəfindən görülən tədbirlər barədə mətbuat məlumatında bildirilib.

Qeyd edilib ki, Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində (, Hatay, Adana, Malatya, , Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mərsin) məskunlaşan və ya müvəqqəti burada olan Azərbaycan vətəndaşları siyahıya alınır: “Azərbaycana təxliyə edilmək arzusunda olan vətəndaşların bu məqsədlə ayrılmış avtobuslara yerləşdirilməsi təmin edilir. Əlverişsiz ilə bağlı məhdudiyyətlərin təxliyə prosesinə maneə yaratmaması üçün dövlət qurumları ilə bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində danışıqlar aparılır”.

Vurğulanıb ki, bu gün saat 15:00-dan başlayaraq Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana vilayətlərinin avtovağzallarından təxliyyə avtobusları Azərbaycana yola salınacaqdır. İlk mərhələdə, Türkiyədə təhsil alan tələbələrin və təcili köməyə ehtiyacı olan şəxslərin təxliyyəsi həyata keçiriləcək: "Hazırda Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin və Səfirlik nəzdindəki Hərbi Attaşeliyin bir qrup əməkdaşı quru yolu ilə təxliyyə prosesinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə zəlzələdən zərər görmüş bölgələrə ezam olunub.

Təxliyyə edilmək arzusunda olan və yuxarıda qeyd edilən 10 vilayətdən birində məskunlaşmış Azərbaycan vətəndaşları +90 536 459 40 35, +90 536 471 55 68, +90 501 031 80 80, +90 552 627 92 94 və +90 532 254 19 33 nömrələri ilə əlaqə saxlaya bilərlər".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…