Azərbaycan XİN başçısı: “Moskvada görüşlər keçirmək və danışıqlar aparmaq imkanını yüksək qiymətləndiririk”

Azərbaycan XİN başçısı: “Moskvada görüşlər keçirmək və danışıqlar aparmaq imkanını yüksək qiymətləndiririk”
19.05.2023 12:39
Aa
dəq

"Moskvaya səfər zamanı Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin və postmünaqişə dövründəki vəziyyətin müzakirəsi planlaşdırılır".

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarda deyib.

“Görüşlə bağlı bu format ötən ilin sonu üçün nəzərdə tutulurdu. Lakin indiki görüşün iştirakçılarından asılı olmayan səbəbə görə o zaman baş tutmayıb”, - nazir qeyd edib.

Azərbaycanın xarici işlər naziri S.Lavrova təşəkkürünü bildirib və ikitərəfli, üçtərəfli formatda görüşlər keçirmək, Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə nizamlanma ilə bağlı bir sıra məsələlərin və Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müzakirəsi imkanını yüksək qiymətləndirib.

Bundan əlavə, C.Bayramov Rusiyada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə göstərilən diqqətə görə rusiyalı həmkarına təşəkkür edib.

“Rusiya Federasiyasının bütün dövlət qurumlarının, ictimai təşkilatlarının və sadə vətəndaşlarının Ümummilli Liderin xatirəsinə həsr olunmuş tədbirlərə diqqət yetirməsi bizim üçün heç də təəccüblü deyil. O, ölkələrimiz və xalqlarımız arasında həmişə mövcud olan dostluğu, birliyi təcəssüm etdirib”, - C.Bayramov vurğulayıb.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu