Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Gürcüstan Prezidenti Azərbaycan liderinə təbrik məktubu göndərib

2 dəq
Paylaş:
Gürcüstan Prezidenti Azərbaycan liderinə təbrik məktubu göndərib

Gürcüstanın Prezidenti Salome Zurabişvili İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Sizə və xalqına Gürcüstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.

müasir Azərbaycan dövlətinin formalaşmasında mühüm rol oynamış görkəmli dövlət xadimi idi. Məhz onun uzaqgörənliyi güclü və firavan dövlət quruculuğunun əsasını qoydu.

Bütün ölkə üçün ümid çırağı olmuş atanızın Azərbaycan xalqının firavanlığı naminə gördüyü işlər və göstərdiyi səylər gələcək nəsillərin yaddaşında qalacaq, daim onların ilham və qürur mənbəyi olacaqdır.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan özünü qlobal miqyasda mühüm dövlət kimi təsdiqlədi. O, ölkələrimiz arasında əlaqələrin inkişafında həlledici rol oynayıb. Gürcüstan Azərbaycanla möhkəm dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirir. Biz xalqlarımızın firavanlığı naminə bu əlaqələri daha da dərinləşdirməyə hazırıq.

Zati-aliləri, Sizə bir daha dərin ehtiramımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh, cansağlığı və firavanlıq arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax