Operativ Məlumat Mərkəzi

Azərbaycan XİN başçısı: “Moskvada görüşlər keçirmək və danışıqlar aparmaq imkanını yüksək qiymətləndiririk”

2 dəq
Paylaş:
Azərbaycan XİN başçısı: “Moskvada görüşlər keçirmək və danışıqlar aparmaq imkanını yüksək qiymətləndiririk”

"Moskvaya səfər zamanı və Rusiya arasında ikitərəfli münasibətlərin və postmünaqişə dövründəki vəziyyətin müzakirəsi planlaşdırılır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın naziri Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarda deyib.

“Görüşlə bağlı bu format ötən ilin sonu üçün nəzərdə tutulurdu. Lakin indiki görüşün iştirakçılarından asılı olmayan səbəbə görə o zaman baş tutmayıb”, - nazir qeyd edib.

Azərbaycanın xarici işlər naziri S.Lavrova təşəkkürünü bildirib və ikitərəfli, üçtərəfli formatda keçirmək, və Azərbaycan arasında postmünaqişə dövründə nizamlanma ilə bağlı bir sıra məsələlərin və Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müzakirəsi imkanını yüksək qiymətləndirib.

Bundan əlavə, C.Bayramov Rusiyada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə göstərilən diqqətə görə rusiyalı həmkarına təşəkkür edib.

“Rusiya Federasiyasının bütün dövlət qurumlarının, ictimai təşkilatlarının və sadə vətəndaşlarının Ümummilli Liderin xatirəsinə həsr olunmuş tədbirlərə diqqət yetirməsi bizim üçün heç də təəccüblü deyil. O, ölkələrimiz və xalqlarımız arasında həmişə mövcud olan dostluğu, birliyi təcəssüm etdirib”, - C.Bayramov vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax