Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub
05.05.2023 13:59
Aa
dəq

Mayın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan XİN-dən məlumat verilib.

Telefon danışığı zamanı xarici işlər nazirləri  Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları müzakirə ediblər.

Tərəflər telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.

Həftənin ən çox oxunanları