Azərbaycan və Tacikistan prezidentlərinin görüşü olub - YENİLƏNİB

Azərbaycan və Tacikistan prezidentlərinin görüşü olub - YENİLƏNİB
24.11.2023 14:32
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Emomali Şaripoviç, Sizi Azərbaycanda salamlayıram. Sizinlə yenidən görüşməyimə şadam. Dəvəti qəbul etdiyinizə və SPECA Proqramının Sammitində iştirakınıza görə sağ olun. Görüşmək, danışmaq, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq gündəliyini müzakirə etmək üçün daha bir yaxşı fürsətdir. Həmçinin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının iclasında yeganə fəxri qonaq qismində iştirak etmək üçün dəvətinizə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən bunu yüksək qiymətləndirirəm. Bunu dostluq və hörmət əlaməti hesab edirəm.

Münasibətlərimiz çox uğurla inkişaf edir. Son vaxtlar biz Sizinlə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafını dəfələrlə müzakirə etmişik. Əminəm ki, Sizin hazırkı səfəriniz də münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Nümayəndə heyətlərimizin üzvləri artıq sıx təmasdadır, həm dünən görüşüblər, həm də bu gün davam edirlər. Çoxlu planlar, layihələr var. Ən əsası isə xalqlarımızın qardaşlığıdır, əminəm ki, ortaq gələcəyimizdir.

Bir daha “Xoş gəlmisiniz” deyirəm. Vaxtınızın xoş keçməsini diləyirəm.

Sonra Prezident Emoməli Rəhmon çıxış edərək dedi:

- Hörmətli İlham Heydər oğlu, çox sağ olun. SPECA-nın yubiley Sammitinə dəvətə görə təşəkkür edirəm. Səmimi qəbul üçün sağ olun.

İkitərəfli qarşılıqlı fəaliyyətimiz həm ticarət sahəsində, həm də humanitar müstəvidə dinamik şəkildə inkişaf edir. Azərbaycanlı dostlarımızın uğurlarına sevinirik, ölkəniz inkişaf edir. Düzgün qeyd etdiniz ki, son illər, xüsusən Sizin Düşənbəyə dövlət səfərinizdən sonra nazirliklərimiz və idarələrimiz çox fəal əməkdaşlığa başlayıblar. Çoxlu proqramlar işlənib hazırlanır, biz indi bu barədə danışırıq. Dəvətinizə görə sağ olun. Növbəti ildə olacaq səfərə hazırlaşırıq. Biz indi bunun üzərində işləyirik və müvafiq orqanlarımız qarşılıqlı fəaliyyət göstərir. Zənnimcə, bu, ikitərəfli münasibətlərimizə güclü təkan verəcək. Bu gün isə mən Sizinlə münasibətlərimizin mövcud vəziyyətini və perspektivlərini, regional problemləri müzakirə etməyə hazıram.

Bir daha səmimi qəbula görə çox sağ olun.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Həftənin ən çox oxunanları

Kral III Çarlz Muxtar Babayevi qəbul edib

Kral III Çarlz Muxtar Babayevi qəbul edib
DAVAMIN OXU davamın oxu

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib
DAVAMIN OXU davamın oxu

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib
DAVAMIN OXU davamın oxu