Azərbaycan və Rusiya Prezidentləri təyyarə qəzası ilə bağlı bir-birilərinə başsağlığı verib

Azərbaycan və Rusiya Prezidentləri təyyarə qəzası ilə bağlı bir-birilərinə başsağlığı verib
25.12.2024 13:48
Aa
dəq

Prezident İlham Əliyev təyyarədə olarkən Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı əsnasında Prezident İlham Əliyev bu gün Azərbaycan Hava Yolları şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edə bilməyəcəyini və geri dönmək haqqında qərar qəbul etdiyini bildirib.

Dövlət başçıları sıralarında Azərbaycan, Rusiya və digər ölkələrin vətəndaşlarının yer aldığı təyyarə qəzası ilə əlaqədar bir-birilərinə və həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlıqlarını ifadə edib və xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.7

Həftənin ən çox oxunanları