“Yaşıl enerji”nin Qara dəniz vasitəsilə tranziti müzakirə olunub

“Yaşıl enerji”nin Qara dəniz vasitəsilə  tranziti müzakirə olunub
28.02.2023 10:09
Aa
dəq

Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya tranziti məsələləri ətrafında müzakirələr aparılıb.

Operativ Məlumat Mərkəzi-OMM" Energetika Nazirliyinə istinadən  xəbər verir ki,nazirlikdə Rumıniya Hökumətinin Baş katibi Marian Neacșunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirilib.

Energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan və Rumıniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib və enerji sahəsində gündəliyin geniş olduğunu vurğulayıb. Təbii qaz, elektrik enerjisi, xüsusilə bərpa olunan enerji səhəsində əməkdaşlıq imkanları barədə danışıb.

Ötən ilin dekabrında Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 4 ölkənin nazirləri arasında baş tutmuş ilk iclasda qəbul edilmiş qərarlardan irəli gələn məsələlər nəzərdən keçirilib.

Ənənəvi və bərpa olunan enerji sahəsi ilə yanaşı, enerji səmərəliliyi və enerji məsələlərinin tənzimləməsi kimi istiqamətlərdə də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndləri iştirak ediblər.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu