Azərbaycan və Özbəkistan liderləri regional məsələləri müzakirə edib

Azərbaycan və Özbəkistan liderləri regional məsələləri müzakirə edib
02.07.2025 17:15
Aa
dəq

Bu gün biz burada regional və beynəlxalq məsələlər üzrə ikitərəfli və çoxtərəfli münasibətlər haqqında fikir mübadiləsi aparmışıq.

 "Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

“Sizə məmnuniyyətlə demək istəyirəm ki, bizim ciddi məsələlərlə bağlı fikirlərimiz eynidir. Biz bu fikirləri lazım olan bütün platformalarda təbliğ edəcəyik, çünki bu gün bizə beynəlxalq vəziyyətdə çox çətin olan o məsələləri birləşib həll etmək lazımdır. Vəziyyət çətindir, amma birlikdə olmalıyıq”, - Özbəkistan lideri vurğulayıb.

Həftənin ən çox oxunanları