Əsas məzmuna keç

Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib - YENİLƏNİB-4

Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib - YENİLƏNİB-4

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşmada fasilə başa çatıb. İlk yarıdan sonra qarşılaşmada hesab açılmayıb - 0:0. *** Bakıda...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Futbol üzrə millisi 2024-cü ildə ilk oyununa çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, yığma “FIFA – 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib.

adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Komandamız qələbə topunu 90+1-ci dəqiqədə vurub. Standart vəziyyətdən ötürməni Bəhlul Mustafazadə başla qola çevirib. Bununla da yığmamız 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu eyni arenada Bolqarıstana qarşı keçirəcək.

Bakıda Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə ikinci hissə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşmada fasilə başa çatıb.

İlk yarıdan sonra qarşılaşmada hesab açılmayıb - 0:0.

Bakıda Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə birinci hissə başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşmada komandalar fasiləyə yollanıblar.

Birinci hissədən sonra hesab açılmayıb - 0:0.

Bakıda Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində yoldaşlıq görüşü başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Matçı türkiyəli referi Zorbay Küçükün rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.

“FIFA series–Edition 2024” layihəsi çərçivəsində üz-üzə gələcək Azərbaycan və Monqolustan millilərinin start heyətləri bəlli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 12. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 9, Renat Dadaşov, 7.Cosqun Diniyev, 15. Bədavi Hüseynov, 10. Ozancan Kökçü, 8.Emin Mahmudov, 4.Bəhlul Musayafazadə, 19. Filip Ozobiç, 2. Amil Seydiyev, 11. Ramil Şeydayev

Məşqçi: Arif Əsədov

Monqolustan: 1. Munkerdene, 17. Amaraa, 6. Amgalanbat, 2. Bat-erdene, 8.Batmunh, 5.Chinzoriq, 4. Qreyt-old, 9.Oyunbaatar, 3.Purevdorj, 18. Uganbayar.

Baş məşqçi: Otsuka

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək. Yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…