Azərbaycanla Moldova arasında iqtisadi münasibətlərin inkişaf istiqamətləri, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tviter hesabında bildirib.
Onun sözlərinə görə, bu barədə Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko ilə görüşdə fikir mübadiləsi aparılıb.