Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramovla gürcüstanlı həmkarı arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB

2 dəq
Paylaş:
Ceyhun Bayramovla gürcüstanlı həmkarı arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında enerji,...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında geniş tərkibdə görüş olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında enerji, nəqliyyat, regional əlaqələr, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri də daxil olmaqla, əməkdaşlığın əsas sahələri müzakirə edilib.

Qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri də gündəlikdə yüksək yer tutub.

***

Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin təkbətək görüşü başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd edilib ki, nazirlər Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivlərini, regional məsələlər üzrə əməkdaşlıq və strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edəcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər