Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində növbəti oyununu keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yığma Bolqarıstan seçməsi ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 1:1.
59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev hesabı açıb. 87-ci dəqiqədə Musa Qurbanlı tarazlığı bərpa edib.
Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.
***
Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsindəki yoldaşlıq oyunu başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:00-da start götürüb.
Görüşü estoniyalı hakim Kristo Tohver idarə edir.
Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.
***
“FIFA series–Edition 2024” layihəsində üz-üzə gələcək Azərbaycan və Bolqarıstan millilərinin start heyətləri bəlli olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, (k), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov
Bolqarıstan: 23. İvan Dulqerov, 6. Valentin Antov, 5. Aleks Petkov, 3. Jivko Atanasov, 26. Viktor Popov, 4. İliya Qruyev, 20. Filip Krastev, 7. Georgi Kostadinov, 22. İlian İliuev, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev.