Operativ Məlumat Mərkəzi

Azərbaycan və Belarus arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsi müzakirə edilib

1 dəq
Paylaş:
Azərbaycan və Belarus arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsi müzakirə edilib
Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Belarus Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət idarəsinin rəisi İqor...

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Belarus Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət idarəsinin rəisi İqor Sekreta arasında görüş keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və ali səviyyədəki siyasi dialoqun ikitərəfli əməkdaşlığın bütün sahələrində inkişaf etdirməsi üçün əsas rol oynadığı qeyd olunub.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın hazırkı müsbət dinamikası xüsusi olaraq vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər mühüm beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər